Yuxarı

"Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda təlim davam edir

Dövlət Gömrük Komitəsinin (DGK) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda təlim davam edir.

"Report" Komitəyə istinadən xəbər verir ki, təlimin məqsədi gömrük sistemində son yeniliklərlə bağlı media nümayəndələrini məlumatlandırmaq, gömrük orqanlarının media ilə səmərəli və işgüzar münasibətlərini daha da gücləndirməkdir.

Bu gün təlimdə DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov tədbirlə bağlı yayımlanan ətraflı və düzgün məlumatlara görə media nümayəndələrinə təşəkkür edib, gömrük-media əməkdaşlığının gələcəkdə də uğurla davam edəcəyinə əmin olduğunu bildirib.

Təlimin ikinci iş günündə DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Tariflərinin Tənzimlənməsi İdarəsi Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov "Nəqliyyat vasitələrinin ölkə ərazisinə gətirilməsi, gömrük dəyərinin müəyyən edilməsi", Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin baş inspektoru Əliəkbər Heydərov "Qısa idxal bəyannamələrinin ticarətin asanlaşdırılması və risklərin idarə edilməsindəki rolu", Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov "Gömrük sistemində informasiya texnologiyalarının tətbiqi ilə bağlı son yeniliklər" adlı təqdimatlarla çıxış ediblər.

Sonra bu mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Xatırladaq ki, təlim martın 15-nə qədər davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi