Gəncədə sahibkarlara 7,3 milyon manat güzəştli kredit verilib

Gəncədə sahibkarlara 7,3 milyon manat güzəştli kredit verilib Şəhərdə dövlətin güzəştli kreditləri hesabına ixtisaslaşdırılmış "yaşıl market" yaradılır
Biznes
22 Dekabr , 2016 19:30
Gəncədə sahibkarlara 7,3 milyon manat güzəştli kredit verilib

Bakı. 22 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Gəndə şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirib.

İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, 150-ə yaxın sahibkarin iştirak etdiyi forumda şəhərin iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, prioritet hesab olunan istixana təsərrüfatlarının, plastik qapı-pəncərə, süni üzlüklər və dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, sabun istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Fondun icraçı direktorunun müavini Arif Vəliməmmədov deyib ki, indiyədək SKMF-nın vəsaitləri hesabına Gəncədə sahibkarlıq subyektlərinin 481 investisiya layihəsinin maliyyələşdirilməsinə 39 mln. manat güzəştli kredit verilib: "Ümumilikdə, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6 mindən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 228 mln. manat güzəştli kredit verilib".

Forum çərçivəsində Gəncə şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkara 7,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlər əsasən aqropark kompleksinin yaradılması, heyvandarlıq, un məmulatları, mərmər, şüşə, plastik qapı-pəncərə istehsalı, tərəvəzçilik, turizm sahərinin inkişafına yönəldiləcək. Nəticə olaraq 250-ə yaxın yeni iş yeri açılacaq.

Eyni zamanda tədbir çərçivəsində dövlətin güzəştli krediti hesabına Gəncədə yaradılan ixtisaslaşdırılmış “yaşıl market” kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Qeyd edək ki, ümumilikdə bugünədək dövlətin güzəştli kreditləri hesabına 4 ixtisaslaşdırılmış “yaşıl market”in yaradılmasına 15,7 mln. manat güzəştli kredit verilib. 

Son xəbərlər

Orphus sistemi