Yuxarı

​Gəncədə qadın sahibkarlar üçün treninq keçirilib

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar olub

Bakı. 2 mart. REPORT.AZ/ Qadın sahibkarların məlumatlandırılması üçün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və “Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə martın 1-də Gəncə şəhərində treninq keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularını əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması, bu sahədə insan resurslarının səmərəli idarə olunması, biznes ideyanın yaradılması, biznes-planın tərtib edilməsi və s. barədə ətraflı məlumat verilib.

Eyni zamanda? tədbirdə nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə iştirakçılar məlumatlandırılıb.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi