Gəncədə “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçirilib

Gəncədə “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçirilib Tədbiri ƏMDK təşkil edib
Biznes
7 İyul , 2017 13:42
Gəncədə “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçirilib
Report.az

Gəncə. 7 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Gəncə şəhərində “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçirib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin nümayəndələri və könüllüləri, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, Gəncə-Qazax və Aran iqtisadi rayonundan olan 70-ə qədər iş adamı və daşınmaz əmlak mütəxəssisləri iştirak edib.

Forum bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini Prezident İlham Əliyevin müvafiq fərmanından irəli gələrək dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq olunan yeni yanaşmalar, müasir üsullar haqqında məlumatlandırmaq məqsədilə təşkil olunub. Eyni zamanda investorları özəlləşdirmə prosesində iştirakının genişləndirilməsi ilə bağlı həyata keçirilən innovativ layihələr, görülən işlər barəsində onları məlumatlandırmaq da forumun əsas vəzifələrindən olub.

Forumda dövlətə məxsus daşınar əmlakların özəlləşdirilməsində tətbiq olunan elektron hərrac barədə məlumat verilib. Qeyd edilib ki, elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər. Komitə tərəfindən həyata keçirilən bu kimi innovativ layihələr ölkəyə daha çox investorların cəlb edilməsinə, özəlləşmə prosesində əlçatanlığın artmasına, investisiya mühitinin formalaşmasına istiqamətlənib.

Tədbirdə o da diqqətə çatdırılıb ki, hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar vasitəsilə özəlləşdirməyə yönələndirilir. Yeni yanaşmalara uyğun olaraq 40-a yaxın hərrac keçirilib və 1 110-dan artıq dövlət əmlakı satışa çıxarılıb. 

Son xəbərlər

Orphus sistemi