Yuxarı

​Gəncədə gənclər üçün treninqlər keçirilib

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar olub

Bakı. 27 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin vəİnsan Hüquqları üzrə Müvəkkilin Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 26-da Gəncə şəhəri 3 saylı peşə liseyində, aprelin 27-də isə Azərbaycan Dövlət Aqrar Universitetində gənclər üçün treninqlər keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısının “Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər haqqında” sərəncamına, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilən Tədbirlər Planına müvafiq olaraq, keçirilən tədbirlərin məqsədi gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və özünüməşğulluğunun təmin edilməsi, onlaragələcək fəaliyyətləri üçün vərdiş və bacarıqların aşılanması,korporativ sosial məsuliyyət haqqında zəruri biliklərin verilməsi, eləcə də Azərbaycanın tarix və mədəniyyətinin, cəmiyyətimizə xas olan multikulturalizm ənənələrinin və tolerantlıq mühitinin təbliğ edilməsidir.

“Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Azərbaycanın multikulturalizmi insan hüquqları müstəvisində”mövzularını əhatə edən treninqlərdə biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarının səmərəli istifadə, Azərbaycanın multikulturalizm dəyərləri və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, tədbirlərdə nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə də məlumat verilib.

Treninqlər çərçivəsindəmövzular üzrətəqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanıb, metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi