Gəncədə əlil gənclər üçün “Biznes ideyanı yarat” mövzusunda təlim keçirilib

Gəncədə əlil gənclər üçün “Biznes ideyanı yarat” mövzusunda təlim keçirilib Təlim Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə təşkil olunub
Biznes
7 Mart , 2015 00:43
Gəncədə əlil gənclər üçün “Biznes ideyanı yarat” mövzusunda təlim keçirilib

Bakı. 7 mart. REPORT.AZ/ Martın 5-də Gəncədə Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə əlil gənclər üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən bildirir ki, tədbirdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az,www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi