“Gəncə Şərab-2” səhmdarlarına hesabat verəcək

“Gəncə Şərab-2” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
14 Fevral , 2017 08:58
“Gəncə Şərab-2” səhmdarlarına hesabat verəcək

Bakı. 14 fevral. REPORT.AZ/ Martın 30-da, saat 15:00-da “Gəncə Şərab – 2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncaq Cəmiyyətin inzibati binasında - Gəncə şəhəri, Kənar küçəsi, 3 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyəti haqqında illik hesabatın müzakirə edilməsi, mənfəətinin bölüşdürülməsi və səhmdarlarına dividend ödəmə müddətinin müəyyən edilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Gəncə Şərab-2” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,685 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi