Yuxarı
    Bağlamaq

    “Gəncə Şərab-2”nin səhmdarlarının yığıncağının vaxtı dəyişib

    Yığıncaqda müəssisənin 2016-cı ildəki fəaliyyəti haqqında illik hesabat müzakirə ediləcək

    Bakı. 16 fevral. REPORT.AZ/ “Gəncə Şərab-2” ASC-nin səhmdarlarının martın 30-u, saat 15:00-da təyin edilmiş növbədənkənar ümumi yığıncağının vaxtı aprelin 1-i saat 12:00-a keçirilib.

    “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

    Məlumata görə, yığıncaq Cəmiyyətin inzibati binasında - Gəncə şəhəri, Kənar küçəsi,3 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyəti haqqında illik hesabatın müzakirə edilməsi, mənfəətinin bölüşdürülməsi və səhmdarlarına dividend ödəmə müddətinin müəyyən edilməsi məsələləri daxildir.

    Xatırladaq ki, “Gəncə Şərab-2” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,685 mln. manatdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi