Gələn aydan SOCAR-ın Gürcüstandakı YDM-lərində “Made in Azerbaijan” stendləri qurulacaq

Gələn aydan SOCAR-ın Gürcüstandakı YDM-lərində “Made in Azerbaijan” stendləri qurulacaq Nazir müavini: "Əgər bu addım uğurlu olsa, digər ölkələrdə də tətbiq ediləcək”
Biznes
16 Mart , 2018 14:50
Gələn aydan SOCAR-ın Gürcüstandakı YDM-lərində “Made in Azerbaijan” stendləri qurulacaq

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan ötən il ixrac missiyaları çərçivəsində 2 mln. manatlıq məhsul ixrac edib.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.

Onun sözlərinə görə, yerli məhsulların ixracını artırmaq üçün hazırda xarici ölkələrin bazarlarının imkanları araşdırılır: “10-a yaxın bazarla bağlı araşdırma yekunlaşıb, 12 bazar isə hələ də araşdırılır”.

Nazir müavini onu da deyib ki, gələn aydan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) “Made in Azerbaijan” stendləri qurulacaq: “Əgər bu addım uğurlu olsa, digər ölkələrdə də tətbiq ediləcək”. 

Son xəbərlər

Orphus sistemi