Gələn ay Səudiyyə Ərəbistanının ticarət və sənaye naziri Azərbaycana səfər edəcək

Gələn ay Səudiyyə Ərəbistanının ticarət və sənaye naziri Azərbaycana səfər edəcək Səfər çərçivəsində Bakıda biznes forumun keçirilməsi planlaşdırılır
Biznes
29 Aprel , 2015 12:37
Gələn ay Səudiyyə Ərəbistanının ticarət və sənaye naziri Azərbaycana səfər edəcək

Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim əl-Sulaimi qəbul edib. “Report” İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən xəbər verir ki, görüşdə Ş.Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı rəsmi səfərlərin ölkələr arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini qeyd edib.

Ş.Mustafayev neft-kimya, kənd təsərrüfatı, turizm, investisiya qoyuluşu, birgə investisiya fondunun yaradılması kimi sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Səudiyyə Ərəbistanının səfiri M.İ. əl-Sulaim ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verildiyini, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb, iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə may ayında Səudiyyə Ərəbistanının ticarət və sənaye nazirinin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri, səfər çərçivəsində keçiriləcək biznes forum və ikitərəfli görüşlər barədə ətraflı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi