Gələn ay Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Gələn ay Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək Tədbir Stavropol şəhərində təşkil olunacaq
Biznes
17 Avqust , 2017 13:46
Gələn ay Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Bakı. 17 avqust. REPORT.AZ/ Sentyabrın 28-də Rusiyanın Stavropol şəhərində VIII Rusiya-Azərbaycan Regionlararası Forumu təşkil olunacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "Report"a daxil olan məlumata görə, Forumda Azərbaycan və Rusiyanın bir çox regionlarından rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcəklər.

Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Stavropol forumunda iştirakda maraqlı olan sahibkarlar bu tədbirə (99412 598 01 47/48 (daxili: 108, 123, 119, 129); [email protected]) dəvət olunurlar. 

Son xəbərlər

Orphus sistemi