Yuxarı

"Gədəbəy" qızıl yatağından 27,719 unsiya qızıl satışa çıxarılıb

Gədəbəy yatağında ilin I yarısında 33,837 unsiya qızıl hasil edilib

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Gədəbəy" yatağında ilin I yarısında 33,837 unsiya qızıl hasil edib.

"Report" xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında qeyd olunub. İlin I yarısında yataqda qızıl hasilatı ötən ilin müvafiq dövründən 5,8% az olub. Hesabat dövründə 969 ton mis, 90,782 unsiya gümüş hasil olunub.

Şirkət bu ilin sonuna kimi ümumilikdə 73-77 min unsiya arasında qızıl, 1,700-2,100 ton mis hasil etməyi planlaşdırır. Bu ilin ikinci rübündə şirkət 15,661 unsiya qızıl satışa çıxarıb ki, 1 unsiyanın dəyəri orta hesabla 1,265 dollar olub.I rübdə isə 12,058 unsiya qızıl orta hesabla 1,184 dollar/unsiyaya satılıb.

Ümumiyyətlə, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (PSA - Production Sharing Agreement,Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi