Yuxarı
    Bağlamaq

    "Gazelli Group" Azərbaycanı Abu-Dabidə keçirilən Şeyx Zayed İrsi Festivalında təmsil edir - FOTO

    Bakı. 13 dekabr. REPORT.AZ/ Abu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, xalqın mənəvi atası Şeyx Zayedin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq festivalda ilk dəfə Azərbaycan pavilyonu təşkil edilib. 

    "Gazelli Group" şirkətinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 1-dən yanvarın 25-dək davam edəcək festivalda ölkəmizin pavilyonunda aparıcı rolu Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan "Gazelli Group" şirkəti tutur.

    Şirkət burada Gazelli Skincare (Triple Youth), Aroma Collection, Buta, SunLab və müxtəlif dəstlərlə təmsil olunur. "Gazelli Group"un pavilyonu BƏƏ rəsmiləri və qonaqların böyük marağına səbəb olub. On milyona yaxın insanın iştirakı nəzərdə tutulan festivalda xüsusi diqqəti naftalandan alınmış və patentləşdirilmiş Gazelli White Oil (Ağ Yağ) ekstraktının istifadə edildiyi Gazelli Skincare brendinin məhsulları çəkib. Möhkəmləndirici zərdab, yaşlanmaya qarşı intensiv krem, bərpaedici və xüsusi nəmləndirici maskalar, təmizləyici və makiyajın silinməsi üçün ikifazalı vasitələr, dərinin parlanması üçün skrab, nəmləndirən sprey və gözətrafı dəri üçün bərpaedici krem - kostemika istehsalı tarixində ixtira hesab edilə bilərlər.

    Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən "Gazelli Group"un məhsullarının istehsalında Azərbaycan iqliminin müxtəlifliyi əsasında yaranmış unikal müalicəvi yataqlar və endemik bitkilərinin zənginliyi geniş istifadə edilir. Şirkətin strukturunda aparıcı yeri ayda 1 mln. yaxın məhsul istehsal etmək gücünə malik, müasir avadanlıqlarla təchiz edilmiş və 12 000 kv.m. ərazidə yerləşən ekoloji konstruksiyalı fabrik tutur. İstehsalatın və məhsulun yüksək keyfiyyətini ən nüfuzlu beynəlxalq sertifikatlar təsdiq edir. Söhbət GMP ISO 22716:2007, OHSAS 18001:2007, ISO 14001:2004, ISO 9001:2008 və HALAL sertifikatlarından gedir. Laboratoriya isə İSO 17025 standartına uyğun akkreditasiya olunub.

    Şirkət 18 illik fəaliyyəti dövründə gündəlik istifadə üçün nəzərdə tutulmuş 500 - dən çox adda məhsul ərsəyə gətirilib. Bunlar saç üçün şampunlar, balzamlar, maye və duru sabunlar, duş gelləri, kremlər, maskalar, losyonlar, otel məhsulları, məişət və sənayə kimyası məhsulları və s.

    Xatırladak ki, "Gazelli Group" bundan əvvəl də Azərbaycanı çoxsaylı beynəlxalq tədbirlərdə təmsil edib. Şirkət ənənəsini davam etdirmək niyyətindədir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi