Yuxarı
    Bağlamaq

    Gürcüstan Azərbaycandan idxalı artırıb

    Azərbaycan bu il Gürcüstana 347 mln. dollar həcmində məhsul ixrac edib

    Bakı. 28 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana məhsul ixracı 7% artıb. "Report" xəbər verir ki, bu barədə Gürcüstan Statiska Komitəsi məlumat yayıb. 

    Məlumata əsasən, hesabat dövründə Gürcüstan Azərbaycandan 347,3 mln. ABŞ dolları həcmində məhsul idxal edib. Əksər malları isə Gürcüstan Türkiyədən idxal edir. Belə ki, bu ilin yanvar-iyul aylarında Türkiyədən məhsul idxalı 968,4 mln. dollar təşkil edib. Bu siyahıda ikinci yeri Çin, üçüncü yeri isə Azərbaycan  tutur.

    Azərbaycandan əsasən benzin, neft məhsulları, tikinti materialları, elektrik enerjisi, şüşə məmulatları, marqarin və digər məhsullar idxal olunur. Qeyd edək ki, iyul ayında Azərbaycan ilk dəfə olaraq marqarin idxalına başlayıb. 

    Cari ilin yanvar-iyul aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 684,9 mln. dollar təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi