Yuxarı

Fransanın "Evian" şirkəti Azərbaycan bazarına çıxır

Azərbaycan və Fransanın regionları arasında əməkdaşlıq əlaqələri genişləndirilir

Bakı. 26 noyabr. REPORT.AZ/Azərbaycan və Fransa iki ölkələnin regionları arasında əməkdaşlıq münasibətlərini daha da genişləndirmək niyyətindədir. Bu məqsədələ bu il dekabrın əvvəlində Azərbaycanın İsmayıllı və Fransanın Evian-le-Ba şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyasının ikinci hissəsi imzalanacaq. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan - Fransa biznes görüşü çərçivəsində Azərbaycanın Fransadakı Səfirliyinin müşaviri Elmar Məmmədov deyib.

Onun sözlərinə görə, 14-15 dekabrda Fransada baş tutacaq bu görüşdə Fransanın "Evian" mineral sularının İsmayıllıda istehsal olunması məsələsi müzakirə ediləcək: "Qeyd edim ki, bu Xartiyanın birinci hissəsi bu ilin may ayında İsmayıllı rayon İcra Hakimiyyəti və Evian-le-Ba şəhəri meri arasında imzalanıb".

Qeyd edək ki, tədbirdə hər iki ölkənin 10 şəhəri arasında artıq qardaşlıq sənədlərinin mövcud olduğu diqqətə çatdırılıb. Eyni zamanda, bu şəhərlər arasında həyata keçirilən layihələr barədə məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi