Fransa səfiri Sumqayıt Kimya Sənaye Parkı barədə məlumatlandırıldı

Fransa səfiri Sumqayıt Kimya Sənaye Parkı barədə məlumatlandırıldı Fransanın Azərbaycandakı səfiri Zakari Qros və səfirliyin bir qrup əməkdaşı Sumqayıt Kimya Sənaye Parkında olub.
Biznes
26 Fevral , 2020 12:39
Fransa səfiri Sumqayıt Kimya Sənaye Parkı barədə məlumatlandırıldı

Fransanın Azərbaycandakı səfiri Zakari Qros və səfirliyin bir qrup əməkdaşı Sumqayıt Kimya Sənaye Parkında olub.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib. 

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, ölkədə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verib.

Sonra sənaye parklarının fəaliyyəti barədə video-təqdimat keçirilib.

Fransa səfiri Zakari Qros və səfirliyin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlər, Parkın rezidenti “SOCAR Polymer” MMC-nin Polipropilen və Yüksək sıxlıqlı polietilen müəssisələrində istehsal prosesi, Sənaye Parkında yaradılan Peşə Tədris Mərkəzi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi