Yuxarı

Fransa Azərbaycana Əməkdaşlıq Şurası yaratmağı təklif edib

Əməkdaşlıq Şurası mövcud və nəzərdə tutulan layihələrlə məşğul olacaq

Bakı. 26 noyabr. REPORT. AZ/ Azərbaycan və Fransa Əməkdaşlıq Şurası yaratmağı planlaşdırır. "Report"un məlumatına görə, bu məsələ Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova və Fransa Təmərküzləşmə, Dövlət İslahatları və Dövlət Qulluğu üzrə Nazirliyi yanında regionların islahatları məsələləri üzrə dövlət katibi Andre Vallini ilə Bakıda görüşü zamanı müzakirə edilib. 

A.Vallini Şuranın iki mərhələdə yaradılmasını təklif edib. O, ilk mərhələdə İdarəetmə və Nəzarət Komitəsinin yaradılması təklifini irəli sürüb. Belə ki, bu komitə mövcud və nəzərdə tutulan layihələri izləyə biləcək. 

Fransalı dövlət katibi Əməkdaşlıq Şurasının ikinci mərhələsinin yaxın gələcəkdə reallaşdırılmasını mümkün sayır: "Bu mərhələdə Azərbaycan-Fransa səfərləri çərçivsində iclaslar keçirilə bilər. İclaslarda Azərbaycan və Fransa idarəetmə orqanlarının nümayəndələri iştirak edə bilərlər. Bu iclaslar 1 il Azərbaycanda, 1 il isə Fransada keçirilə bilər".

A.Vallini daha sonra Azərbaycan tərəfinin bu qurumun yaradılması ilə bağlı digər suallarını cavablandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi