Yuxarı
    Bağlamaq

    "Forbes" dünyanın ən bahalı şirkətlərinin yeni reytinqini açıqlayıb

    Qlobal TOP-100 şirkətlərin məcmu dəyəri 2 trln. dollara çatır

    Bakı. 29 may. REPORT.AZ/ ABŞ-ın "Forbes" məşhur maliyyə-iqtisadi jurnalı "Dünyanın ən bahalı 100 şirkəti" araşdırmasının 2017-ci il nəticələrini açıqlayıb. "Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu il ən qiymətli 100 şirkətin məcmu dəyəri 1,95 trln. dollar təşkil edib. 

    Jurnalın araşdırmasına görə,  bu il qiymətini nisbi olaraq ən çox artıran markalar "Amazon", "Facebook" və "Starbucks", ən çox itirən isə "IBM", "HSBC" və "Caterpillar" olub. 

    Reytinqdəki ilk sırada yer alan şirkətin adı isə dəyişməyib. Bu, 170 mlrd. dollar dəyərində olan ABŞ-ın "Apple" şirkətidir. İkinci sırada "Google" (101,8 mlrd. dollar), üçüncü sırada isə "Microsoft" (87 mlrd. dollar) yer alıb. Dördüncü sıraya yüksələn "Facebook"un qiyməti 73,5 mlrd. dollar, 5-ci sırada isə "Coca-Cola" (56,4 mlrd. dollar) qərarlaşıb.

    ABŞ-dan olmayan ən qiymətli şirkət isə 8-ci sırada yer alan Yaponiyanın "Toyota" şirkəti (41,1 mlrd. dollar) olub. Cənubi Koreyanın "Samsung" şirkəti (38,2 mlrd. dollar) isə 10-cu sırada yer alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi