Yuxarı
    Bağlamaq

    FES-in qərarından sonra qızıl 1,2% ucuzlaşıb

    Qızılın bir unsiyası 1 146 dollara düşüb

    Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sisteminin baza faiz dərəcəsini artırmasından sonra qızılın qiyməti bir unsiyaya görə 1,2% azalaraq 1 146,7 dollara düşüb.

    "Report" xəbər verir ki, bunu hərracların nəticələri deməyə əsas verir.

    Bakı vaxtı ilə 00:05-ə olan vəziyyətə görə, qızılın bir unsiyası Sinqapur birjasında 1 146,7 dollara satılıb. Hərraclar açılan zaman birjada qızılın unsiyası 1 159,8 dollar olub.

    ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Direktorlar Şurası 2016-cı ildə ilk dəfə olaraq baza faiz dərəcəsini 0,25-0,5%-dən 0,5-0,75%-dək artırmaq barədə qərar qəbul edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi