Yuxarı
    Bağlamaq

    "Etihad Airways" və Pakistan Hava Yolları şirkətləri Azərbaycana uçuşlara başlayacaq

    Azərbaycandan Monteneqroya birbaşa uçuşlara firmaların marağı böyükdür

    Bakı. 8 fevral. REPORT.AZ/ "Ötən il Azərbaycana İsraildən 15 min turist gəlib. 2018-ci ildə bu rəqəmin 50 min olmasını gözləyirik". 

    Bunu "Report"a Milli Turizmin Təbliği Bürosunun Media və PR üzrə meneceri Kənan Quluzadə deyib.

    Onun sözlərinə görə, bir sıra aviaşirkətlər artıq Azərbaycana uçuşları artırmaq niyyətindədir: "Cənubi Çin Hava Yolları və İsrail Hava Yolları şirkətləri aktivləşməyə başlayıb. Yaxın vaxtlarda "Etihad Airways" və Pakistan Hava Yolları şirkətləri Azərbaycana uçuşlara başlayacaq.

    Büro sözçüsü qeyd edib ki, Azərbaycandan Monteneqroya birbaşa uçuşlara firmaların marağı böyükdür: "Artıq 300-ə yaxın tur firması bunun üçün müraciət edib".

    K.Quluzadə çarter reyslər üzrə aviaşirkətin hələlik müəyyən edilmədiyini deyib: "Bu, turoperatordan asılıdır. Bu, indiki halda "Pasha Holidays"dir. Düşünürəm ki, yerli aviaşirkətə üstünlük veriləcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi