Ərəb azad ticarət zonası Bakıda ofis açacaq

Ərəb azad ticarət zonası Bakıda ofis açacaq Ayman Azad Ticarət Zonası bu il, həmçinin Çin, İsveçrə, Kanada və Honq-Konqda analoji ofislər açacaq
Biznes
7 Avqust , 2017 15:30
Ərəb azad ticarət zonası Bakıda ofis açacaq

Bakı. 7 avqust. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin Ayman Azad Ticarət Zonası (AATZ) bu il Azərbaycanda qlobal ofisini açacaq. "Report"un ərəb mətbuatına istinadən verdiyi məlumata görə, bu, AATZ-nın 2017-ci il üçün qlobal investorluq strategiyasında qeyd edilib.

AATZ bu il əsas ofislərini açacaq digər 4 mühüm bazarın da adını müəyyən edib.

Belə ki, AATZ-nin yeni qlobal osifləri bu il Azərbaycanla yanaşı, Çin, İsveçrə, Kanada və Honq-Konqda açılacaq. AATZ bu ilin may ayında Kiprdə, ötən ilin noyabr ayında isə Moskvada yeni ofisini açıb.

Qeyd edək ki, hazırda AATZ dünyanın müxtəlif hissələrində 22 000-dən artıq müəssisəyə malikdir.

Xatırladaq ki, Ayman Azad Ticarət Zonası BƏƏ-nin Ayman əmirliyində yerləşir. Əsası 1988-ci ildə qoyulan azad ticarət zonası sənayenin böyük inkişafına səbəb olub. Fars körfəzinin girişində yerləşən zona şərq və qərb bazarlarına xidmət edir. Hər il Ayman limanı 1 000-dən artıq gəmiyə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi