ƏMDK sədri: “Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda böyük rəqabət var”

ƏMDK sədri: “Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda böyük rəqabət var” Komitə bu il 50-dən artıq hərrac keçirib
Biznes
16 Oktyabr , 2017 09:23
ƏMDK sədri: “Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda böyük rəqabət var”

Bakı. 16 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu il dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 50-dən artıq hərrac keçirib.

“Report” xəbər verir ki, bunu “ASAN Radio”nun efirində komitənin sədri Kərəm Həsənov deyib.

Onun sözlərinə görə, bu hərraclara 1400-dən artıq dövlət əmlakı çıxarılıb və bunların 800-dən artığı özəlləşdirilib. Nəticədə dövlət büdcəsində 100 mln. manata yaxın vəsait daxil olub.

K.Həsənov qeyd edib ki, bu hərraclarda böyük rəqabət var: “Bu yaxınlarda bir əmlak var idi. Onun ilkin satış qiyməti 20 min manat olsa da, 65 min manata satıldı. Həmin əmlaka 4 investor iddia edirdi”. 

Son xəbərlər

Orphus sistemi