Yuxarı
    Bağlamaq

    Elçin Mədətov: "Ötən il şərab ixracı 3,5 milyon ABŞ dolları olub"

    Azərbaycan şərabları xarici bazarlarda öz müştərilərini tapmağa başlayıb

    Bakı. 30 yanvar. REPORT.AZ/İstehlakçılar ölkəmizdə istehsal olunan şərablara üstünlük verməyə başlayırlar. Bu sahənin inkişafına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 40 milyon manatadək güzəştli kredit verilib.

    "Report" xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransında çıxış edən Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.

    O, bildirib ki, Azərbaycan şərabları xarici bazarlarda öz müştərilərini tapmağa başlayıb: "Ötən il ixracımız 3,5 milyon ABŞ dolları təşkil edib".

    Dövlət başçısı tərəfindən 2016-cı ildə təsdiq edilmiş ixracatçılara dəstək mexanizmləri və “Made in Azərbaycan” brendinin təşviqi tədbirləri şərab ixracatçılarına böyük stimul yaradıb. Belə ki, ötən ilin noyabr ayından bu günə kimi şərab və konyak məhsullarının ixracına görə 440 min manat məbləğində ixrac təşviqinin sahibkarlara ödənilməsinə dair müvafiq qərarlar qəbul edilib. Şərabçılarımız Çinə və Almaniyaya təşkil olunmuş ixrac missiyalarında, Belarusda işgüzar görüşlərdə, AZPROMO-nun təşkilatçılığı ilə çoxsaylı biznes-forumlarda iştirak edib, məhsullarını təşviq etmək imkanı qazanıb və uğurlu nəticələr əldə edib.

    Şərabçıların istehsal və ixrac sahəsində işinin koordinasiyasını təmin etmək üçün 2016-cı ildə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi