Ekspert: "Bu gün tütün məhsullarının vergiyə cəlb edilməsində manipulyasiyalar var"

Ekspert: "Bu gün tütün məhsullarının vergiyə cəlb edilməsində manipulyasiyalar var" Patrisio Markez: "Azərbaycan ən çox siqaret çəkilən ölkələrdən biridir"
Biznes
7 İyul , 2017 10:12
Ekspert: Bu gün tütün məhsullarının vergiyə cəlb edilməsində manipulyasiyalar var
Report.az

Bakı. 7 iyul. REPORT.AZ/ "Bu gün tütün və tütün məhsullarının vergiyə cəlb edilməsində manipulyasiyalar mövcuddur. Hazırda siqaret istehsalçıları onu gənclər arasında yaymağa çalışır". "Report" xəbər verir ki, bunu tütün məhsulları ilə bağlı verginin tətbiqinə dair Bakıda keçirilən seminarda Dünya Bankının tütün məhsullarına verginin qoyulması məsələləri üzrə koordinatoru Patrisio Markez deyib.

Ekspert hesab edir ki, dünya üzrə siqaret çəkmək nəticəsində yaranan xəstəliklərin müalicəsinə milyard dollarlarla vəsait xərclənir: "Təkcə ABŞ-da aparılan araşdırmalar nəticəsində məlum olub ki, il ərzində bu xəstəliklərin müalicəsi üçün 170 mlrd. dollar xərclənir. Məncə, Azərbaycanda da belə bir araşdırma aparılsa idi, müəyyən nəticələri görmək olardı". 

"Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda siqaret çəkən kişilərin sayı 35%-i ötür. Amma aparılan başqa tədqiqat göstərir ki, bu rəqəm 48%-dir. Yəni, Azərbaycanda siqaret çəkənlərin sayı 36-48% arasında dəyişir. Bu da Azərbaycanı ən çox siqaret çəkilən ölkələrdən biri edir".

Son xəbərlər

Orphus sistemi