Yuxarı

​EBRD üzv ölkələrinin kreditləşdirilməsini 6% artırıb

Bank 2014-cü ildən fərqli olaraq ötən ili mənfəətlə başa vurub

Bakı. 13 yanvar. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ötən il üzv ölkələrə 9,4 mlrd. avro həcmində investisiya yatırıb. “Report”un Banka istinadən verdiyi məlumata görə, bu, 2014-cü illə müqayisədə 0,5 mlrd. avro, yaxud 5,6% çoxdur.

Məlumata görə, EBRD ötən il 30-dan artıq ölkədə 381 fərdi layihə reallaşdırıb. Bankın 2015-ci ildə xalis mənfəəti 0,8 mlrd. avro olub ki, bu da 2014-cü ildəki 0,6 mlrd. avroluq itkidən sonra yüksək qiymətləndirilib. EBRD 2014-cü ildəki həmin itkini Rusiya və Ukraynadakı iqtisadi zəifliklə əlaqəli olduğunu açıqlayıb.

Bankın ötən il ayırdığı kreditin 2,3 mlrd. avroluq hissəsi sindikatlaşdırılmış kreditlərə aiddir ki, bu da ümumilikdə 40-dan artıq layihənin reallaşdırılmasına yönəldilib.

EBRD-nin Türkiyəyə ayırdığı kreditin həcmi 1,4 mlrd. avrodan 1,9 mlrd. avroya çatıb. İnvestisiya yatırımları artan ikinci ölkə isə Ukraynadır (1 mlrd. avro).

Bank 2020-ci ilə qədər yaşıl iqtisadiyyat üçün ayıracağı kreditlərin həcminin 40% artırılacağını açıqlayıb. 

EBRD 2015-ci ildə kreditlərin 30%-ni bərpa olunan enerji layihələrinə ayırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi