​EBRD qadın sahibkarlar üçün Bakıda növbəti seminar keçirib

​EBRD qadın sahibkarlar üçün Bakıda növbəti seminar keçirib EBRD 1993-cü ildən Azərbaycanda 800-dən artıq müxtəlif imkanlar yaradıb
Biznes
12 May , 2016 13:50
​EBRD qadın sahibkarlar üçün Bakıda növbəti seminar keçirib

Bakı. 12 may. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) iş qadınları üçün onların sahibkarlıq və liderlik bacarıqlarını inkişaft etdirmək və işgüzar fəaliyyətlərinin genişləndirilməsinə imkanlar yaratmaq məqsədilə 4-günlük seminarının ikinci sessiyasına başlayıb. Bu barədə “Report”a EBRD-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Seminarda iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən 16 qadın sahibkar iştirak edib.

“EBRD qadın sahibkarların potensialını aşkar etmək, onların bacarıqlarını gücləndirmək və biznesdə iştirakını dəstəkləmək məqsədi ilə işgüzar fəaliyyət göstərir. Bunun üçün praktiki təlimlər təklif edərək qadınların sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirir və səhmlərini davamlı biznesə keçirmək üçün onlara yardım edirik”, - deyə EBRD-nin Cənubi Qafqaz və Rusiya Federasiyasında kiçik müəssisələr üzrə rəhbəri Cef Ferri bildirib.

Bu seminar İlkin Keçid Dövrü Ölkələr Fondu, Avropa İttifaqı və İsveç hökuməti tərəfindən maliyyələşdirilən EBRD İş Qadınları Dəstək Proqramının bir hissəsini təşkil edir. EBRD özünün tərəfdaş maliyyə qurumlarının xətti ilə kiçik və orta sahibkarlıqla məşğul olan qadın sahibkarlar üçün 50 mln. avrodan artıq kreditlərin verilməsinə imkanlar yaradacaq. Bu məbləğdən 9 mln. avro maliyyələşdirmə zamanı risklərin azaldılması və tərəfdaş banklara texniki dəstəyin göstərilməsi məqsədilə sponsor maliyyələşdirilməsinə ayrılmaqla yanaşı, qadın sahibkarlara biznesin idarə edilməsinə dair tövsiyələrin verilməsi, onlar üçün təlimlərin keçirilməsi və müvafiq olaraq təlimatlandırılmasına xidmət edir.

Qeyd edək ki, 1993-cü ildə Azərbaycanda fəaliyyətə başlayan EBRD 800-dən artıq müxtəlif imkanlar yaradıb.

Avropa İttifaqı 2003-cü ildən bu fəaliyyəti dəstəkləmək üçün Azərbaycana 3,7 mln. avro, İsveç Beynəlxalq İnkişaf Agentliyi isə Şərq Tərəfdaşlığı ölkələrində sahibkarlıqla məşğul olan qadınların inkişafına 47 mln. İsveç kronası dəyərində maliyyə yardımı edib.

Son xəbərlər

Orphus sistemi