Yuxarı

EBRD Azərbaycandakı konsaltinq şirkətlərinə yardım edəcək

Bakıda ixracın təşviqi üzrə konsaltinq mövzusunda seminar keçirilir

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanın 15 konsaltinq şirkəti oktyabrın 7-9-da Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən təşkil olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ixracın təşviqi konsaltinqinə həsr olunmuş üç günlük seminarda iştirak edəcək. 

"Report" xəbər verir ki, təlimin keçirilməsində məqsəd azərbaycanlı konsultantlar tərəfindən həyata keçirilən xidmətlərin yerli kiçik və orta müəssisələrin təminat bazarlarının genişləndirilməsi və ixracyönümlü müəssisələrin xidmətlərini müştərinin ehtiyaclarına uyğunlaşdırılmasından ibarətdir. Təlimə EBRD ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərən beynəlxalq səviyyəli təlimçi rəhbərlik edəcəyi açıqlanıb.

“İxracyönümlü konsaltinq Azərbaycanda nisbətən yeni sahədir. İnanırıq ki, Azərbaycanda kiçik və orta müəssisələrin kifayət qədər ixrac potensialı var və özəl sektorun ixrac potensialının təbliği çiçəklənən kiçik və orta müəssisələr sektorunun və daha da çoxşaxəli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək", - deyə EBRD-nin Cənubi Qafqaz və Rusiya üzrə Regional Proqramının kiçik biznesə dəstək rəhbəri Cef Ferri (Jeff Ferry) bildirib.

Qeyd edək ki, ixracın təşviqi üzrə tədris proqramı yerli konsultantlar üçün nəzərdə tutulub. Bu faəliyyətin məqsədinin müştərilərin fərdi xidmətlərlə təmin edilməsi vasitəsilə yerli kiçik və orta müəssisələrin ixrac potensialının inkişaf etdirilməsinə yardımçı olmaqla yanaşı, özəl sektorun ixrac potensialının təmin edilməsindən ibarətdir. 

Seminar kiçik və orta müəssisələrin ixrac uğurlarına təsir göstərən strateji və maddi-texniki amillərin daha dərindən qavranılmasını təkmilləşdirməklə, yerli konsultantlara əsas ixracın təşviqi səriştələrini aşılayacağı qeyd edilir. İxracın təşviqi üzrə bənzər təlimlər EBRD tərəfindən artıq Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Ukraynada uğurla təşkil olunub. 

Azərbaycanda 1993-cü ildə fəaliyyətə başladıqdan etibarən EBRD 700-dən artıq müəssisənin inkişafı və genişlənməsi üçün konsaltinq bacarıqlarına yiyələnməsinə yardım edib. Avropa İttifaqı 2003-cü ildən bu fəaliyyəti dəstəkləmək üçün 3,7 mln. avro yardım edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi