EBRD Azərbaycanda qadın sahibkarlar üçün yeni seminar keçirir

EBRD Azərbaycanda qadın sahibkarlar üçün yeni seminar keçirir Əsas məqsəd sivil cəmiyyətin inkişafını təmin etməkdir
Biznes
14 Aprel , 2016 14:06
EBRD Azərbaycanda qadın sahibkarlar üçün yeni seminar keçirir

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) iş qadınları üçün onların sahibkarlıq və liderlik bacarıqlarını inkişaft etdirmək və işgüzar fəaliyyətlərinin genişləndirilməsinə imkanlar yaratmaq məqsədilə dörd günlük seminar başlayıb. "Report"un EBRD-nin Bakı ofisinə istinadən verdiyi xəbərə görə, iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən 16 qadın sahibkar seminarda iştirak edib.

“EBRD-nin fəaliyyət göstərdiyi ölkələrdə əsas hədəfi bazar trendlərini müəyyən etmək, qadın sahibkarlara bərabər imkanlar yaradaraq onların iqtisadi göstəriş, inkişaf və yeni iş yerlərinin açılmasını təbliğ etmək, həmçinin, sivil cəmiyyətin inkişafını təmin etməkdir”, - deyə Bankın Cənubi Qafqaz və Rusiya kiçik müəssisələri üzrə rəhbəri Cef Ferri bildirib.

Bu seminar İlkin Keçid Dövrü Ölkələr Fondu, Avropa İttifaqı və İsveç hökuməti tərəfindən maliyyələşdirilən EBRD İş Qadınları Dəstək Proqramının bir hissəsini təşkil edir. EBRD özünün tərəfdaş maliyyə qurumlarının xətti ilə kiçik və orta bizneslə məşğul olan qadın sahibkarlar üçün 50 mln. avrodan artıq kreditlərin verilməsinə imkanlar yaradacaq. Bu məbləğdən 9 mln. avro maliyyələşdirmə zamanı risklərin azaldılması və tərəfdaş banklara texniki dəstəyin göstərilməsi məqsədilə sponsor maliyyələşməsinə ayrılmaqla yanaşı, qadın sahibkarlara biznesin idarə edilməsinə dair tövsiyələrin verilməsi, onlar üçün təlimlərin keçirilməsi və müvafiq olaraq təlimatlandırılmasına xidmət edir.

Qeyd edək ki, EBRD 1993-cü ildə Azərbaycanda fəaliyyətə başlayandan 700-dən artıq müəssisəyə inkişaf etmək və fəaliyyəti genişləndirmək məqsədilə praktiki bilik və texnologiyaların öyrənilməsində məşvərətçi xidmətlərindən bəhrələnmək imkanları yaradıb. Avropa İttifaqı 2003-cü ildən bu fəaliyyəti dəstəkləmək üçün Azərbaycana 3,7 mln. avro, İsveç Beynəlxalq İnkişaf Agentliyi isə Şərqi Tərəfdaşlıq Ölkələrində sahibkarlıqla məşğul olan qadınların inkişafına 47 mln. İsveç kronu dəyərində maliyyə yardımı edib.

Son xəbərlər

Orphus sistemi