"E&Y Azerbaijan": Gömrük işçiləri bürokratik əngəllər yaradırlar

"E&Y Azerbaijan": Gömrük işçiləri bürokratik əngəllər yaradırlar Arzu Hacıyeva: "Aeroportda gömrük əməkdaşları bütün yükləri "qırmızı xətt"in keçidindəki skanerdən keçirilməsini tələb edirlər"
Biznes
14 Mart , 2016 10:43
E&Y Azerbaijan: Gömrük işçiləri bürokratik əngəllər yaradırlar

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanda ekspertizanın aparılma müddəti onun məqsədindən və qoyulmuş sualların mürəkkəbliyindən asılı olmayaraq 20 gün müddətinə təyin edilib. Bu da gömrük əməkdaşlarının sui-istifadə etməsinə və bürokratik əngəllərə təsir edir. "Report" xəbər verir ki, bunu "Ersnt & Young Azerbaijan" şirkətinin nümayəndəsi Arzu Hacıyeva deyib.

A.Hacıyeva bildirib ki, Azərbaycanda subpodratçı şirkətlərin öz müştərilərinin azadolma sertifikatlarını gömrük orqanlarından almaq hüququ yoxdur: "Biz tez-tez belə hallarla rastlaşırıq. Subpodratçılar azadolma sertifikatı ala bilmir, bu da bürokratik əngəllərdən biridir. Dəfələrlə olub ki, müştərimizə bütün sənədləri verəcəyimizi, amma gömrük orqanlarının həmin sertifikatı verəcəyinə zəmanət verə bilməyəcəyimizi demişik".

"E&Y Azerbaijan"ın nümayəndəsi həmçinin hava limanlarında malların növündən asılı olmayaraq skanerdən keçirildiyini də açıqlayıb: "Bilirsiniz ki, hava limanında iki - "yaşıl" və "qırmızı" dəhliz var. Amma nədəndirsə, aeroporta düşəndə gömrük əməkdaşları bütün yükləri "qırmızı xətt"in keçidində quraşdırılmış skanerdən keçirilməsini tələb edirlər".

Son xəbərlər

Orphus sistemi