​Dünyanın 150-dən çox biznes lideri və investoru Azərbaycana gəlir

​Dünyanın 150-dən çox biznes lideri və investoru Azərbaycana gəlir Azərbaycan hökumətinin nümayəndələri Bakıda keçiriləcək investisiya forumuna qatılacaq
Biznes
16 Fevral , 2015 17:16
​Dünyanın 150-dən çox biznes lideri və investoru Azərbaycana gəlir

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan hökumətinin nümayəndələri martın 17-də Azərbaycan İnvestisiya Forumu çərçivəsində “The Economist Events” təşkilatının təşkilatçılığı ilə keçiriləcək iqtisadiyyatın keçid dövrü ilə bağlı yaranmış daxili və xarici perspektiv və imkanların müzakirəsində iştirak edəcəklər. Tədbirə dünyanın 150-dən çox biznes lideri və investoru qatılacaq. 

"Report"un verdiyi xəbərə görə, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə və neft gəlirlərindən asılı olmadan inkişafı ilə bağlı keçiriləcək müzakirədə iştirakını təsdiq etmiş hökumət nümayəndələri sırasındadırlar.

“The Economist” jurnalının redaktoru Con Endryusun (John Andrews) sədrliyi ilə keçiriləcək müzakirə forumu aparıcı dövlət xadimlərinin neft iqtisadiyyatının diversifikasiya imkanları və Azərbaycanın regionda idman, təhsil, texnologiya və mədəniyyət mərkəzinə çevrilmə vasitələri mövzularında açılış çıxışları ilə başlayacaq.

Forumda həmçinin idman, bank, texnologiya, investisiya, istehsalat və təhsil sahələrinin görkəmli nümayəndələri iştirak edəcəklər. 

Son xəbərlər

Orphus sistemi