Dünyaca tanınmış təlimçi BBF-də gənc sahibkarlara aktual mövzuda təlim keçib

Dünyaca tanınmış təlimçi BBF-də gənc sahibkarlara aktual mövzuda təlim keçib Təlim “Biznes Strategiyası və Biznes Modeli” mövzusunda olub
Biznes
24 İyul , 2017 12:11
Dünyaca tanınmış təlimçi BBF-də gənc sahibkarlara aktual mövzuda təlim keçib
Report.az

Bakı. 24 iyul. REPORT.AZ/ Dünyaca tanınmış təlimçi Manu Şarma “Baku Business factory”də (BBF) gənc sahibkarlara təlim keçib. “Report” xəbər verir ki, təlim “Biznes Strategiyası və Biznes Modeli” mövzusunda olub.

Uzun müddət Kanadada yaşayan M.Şarma biznesə başlamaq istəyən gənclərlə öz təcrübəsini bölüşüb, müxtəlif ölkələrin biznes modelləri haqqında ətraflı məlumat verib.

Təlim zamanı o, Azərbaycanda biznesə başlamaq üçün çox əlverişli şəraitin olduğunu və bu səbəbdən də tezliklə Azərbaycanda biznes qurmaq niyyətində olduğunu açıqlayıb. “Digital Baku” adlı layihənin reallaşması üçün gənclərə məsləhətlər verməyə razılaşan ekspert hesab edir ki, adıçəkilən layihənin reallaşması ölkədə xidmət sahəsinin inkişafına müsbət təsir edəcək.

Ümumilikdə 2 saata qədər davam edən təlim müddətində M.Şarma gəncləri maraqlandıran müxtəlif sualları cavablandırıb:

“Azərbaycanlılar çox qonaqpərvərdir. Gəncləriniz də çox yaradıcıdır. Bir çox ölkələrdə olmuşam və həmin ölkələrin gənclərində gördüyüm bütün yaradıcı xüsusiyyətlər Azərbaycan gəncində də var. Sadəcə sizin gənclər bir qədər utancaqdır. Düşünürəm ki, bu, mental dəyərlərdən irəli gəlir” - Manu Şarma deyib.

Xatırladaq ki, Kanadada yaşayan M.Şarma mühəndis ixtisası üzrə təhsil alıb, seçiminə görə Texnologiya sahibkarı, qəlbində isə bir cəmiyyət fəalıdır. O, ömrünün 15 ilindən artıq vaxtını unikal texnologiya imkanlarına sərf edib, gənc sahibkarları həvəsləndirib və cəmiyyətin mənafeyinə xidmət edib. M.Şarma həmçinin innovasiya əlaqələrinin yaxşılaşdırılması və niş istedad inkişafı proqramlarının təkminləşməsi üzərində çalışıb.

O, həmçinin əlaqə, ünsiyyət, əməkdaşlıq və birgə yaradıcılıq üçün fərdlərin, təşkilat və icmaların gücləndirilməsi üçün imkanlar yaradılmasında güclü strateji maraqlara malikdir. Manu sosial müəssisələrin rifahına, gücünə və hədəflərinə ciddi şəkildə inanır.

O, peşəkar həyatının əksər hissəsini yeni ideyaların irəli sürülməsini və risklərin qəbul edilməsini dəstəkləyən, yaradıcı dialoqun təşkilinə rəvac verən mühit və münasibətlərin yaradılmasına sərf edib.

Sosial və iqtisadi dəyişiklik üçün qarşılıqlı anlaşma və həyəcan yaradarkən o, ümumi məqsəd və mənsubiyyət hisslərini ortaya çıxaracaq əlaqələri kataliz etməkdən qürur duyur.

Strateji planlaşdırma, maraqlı tərəflərin cəlb olunması və texnologiyanın inkişafı ixtisasına yiyələnmiş Manu ən mürəkkəb sahələr olan təhsil, daşınmaz əmlak, e-ticarət, pərakəndə, rəqəmsal ünsiyyətdə müəssisə həllərinin layihələndirilməsi və qurulması üzrə geniş təcrübəyə malikdir. O hal-hazırda Innovation by Design qlobal konsaltinq şirkətinin tərəfdaşıdır. Adı çəkilən şirkət təşkilatlara biznes modelinin təhlilində, dizayn və innovasiyasında və ya yeni biznes xəttinin qurulmasında yardım edir.

Sahibkarlıq və təlim öhdəliklərindən əlavə Manu Mindtrust Liderlik İnkişafı Proqramının icraçı direktoru, TiE Ottawa şirkətində icra komandasının üzvü, Impact HUB Ottawa şirkətində İdarə Heyətinin üzvü, Ontario Centres of Excellence (OCE) də Rəyasətçilər Kollecinin üzvü, Ottawa şəhəri Lisenziya və Əmlak Standartları Komitəsinin üzvüdür.

Manu, xeyriyyə cəmiyyətlərinə yardım, sosial müəssisələr və qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq işlərində onları strateji vizion/sosial missiyasının həyata keçirilməsində dəstəkləmişdir. O, bu işdə 10 illik təcrübəyə malikdir.

O, bacısı ilə birlikdə, Ottava şəhərinin ən böyük Kiva kredit üzvləri qrupunu idarə edir, şəxsən dünyada 500-dən çox sosial kredit verib.

M.Şarma 1125@Carleton, the Ottawa chapter of The Indus Entrepreneurs (TiE), Mindtrust Leadership Development Program, Junior Achievements, Wes Nicol Business Plan Competition, Tech Venture Challenge (TVC), Canadian Youth Business Foundation (CYBF), and Students in Free Enterprise (SIFE) Gənclər rəhbərliyi, sahibkarlıq və innovasiya proqramları üzrə icra qrupları ilə yaxından işləyib. O, cəmiyyətdə 200 dən artıq gənc lider və sahibkarlara dərs keçib.

Manunun, Elektron və kommunikasiya mühəndisliyi üzrə bakalavr dərəcəsi, Kompüter mühəndisliyi üzrə magistr, Biznesin idarə edilməsi üzrə magistr dərəcələri var. Həmçinin o, Beynəlxalq Ticarət Forumunun diplomuna da layiq görülüb.

O, bu yaxınlarda "Business Model You" metodologiyasın üzrə "Masterclass sertifikatlaşdırılmış təcrübəçi" sertifikatını da alıb. Manu Ottavanın Forty Under 40 award mükafatına, City’s Immigrant Entrepreneur Award (Şəhərin İmmiqrant Sahibkarı), Startup Kanada Mentor Rock Star (Kanada startap mentor rok ulduzu) və Governor Generals Canadian Leadership Conference nüfuzlu məzun mükafatlarına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi