Yuxarı

Dünya milyarderləri ümumi var-dövlətlərini 7,7 trilyon ABŞ dollarına çatdırıb

Ən çox milyarder Avropada yaşayır, Asiyada isə milyarderlərin sayı sürətlə artır

Bakı. 8 avqust. REPORT.AZ/ Dünya milyarderlərinin ümumi var-dövlətləri təqribən 7,7 trilyon ABŞ dollarına qədər artıb.

"Report" RBK-ya istinadən xəbər verir ki, bu "Wealth-X" ekspertlərinin hesablamalarında əks olunub.

Hesablamalara əsasən, ən çox milyarder Avropada yaşayır, Asiyada isə milyarderlərin sayı sürətlə artır.

Dünyada var-dövləti 1 milyard dollar və ya daha çox olan insanların sayı 2015-ci ildə 6,4% artıb: indi 2473 nəfər belə var-dövlətlə öyünə bilər. 

"Wealth-X" analitiklərinin fikrincə, milyarderlərin ümumi var-dövləti 2015-ci ilin yekunları üzrə 7,683 trilyon ABŞ dolları təşkil edib. Bu isə hesabatların hazırlanması dövründə mütələq rekorddur.

Ötən illə müqayisədə milyarderlərin məcmu kapitalı 5,4% artaraq, ABŞ və Çin istisna olmaqla, dünyanın bütün ölkələrinin ÜDM göstəricisini üstələyib.

Hesabatda 2015-ci il Asiya (Yaxın Şərq istisna olmaqla) üçün daha "məhsuldar" alınıb: bu regionda milyarderlərin sayı 15,2% artıb. Bu isə Şimali Amerikada müşahidə edilən artımdan demək olar 5 dəfə çoxdur. Nəticədə Asiya var-dövləti azı 1 milyard ABŞ dolları olan sakinlərin sayına görə (645 nəfər) dünyada ikinci sıraya yüksəlib. Şimali Amerikada isə milyarderlərin sayı 628 nəfərdir.

Milyarderlərin sayına görə lider yenə də Avropa (806) olaraq qalır. Amma 2015-ci ildə yerli varlıların var-dövləti 1,9% azalıb. Bu azalma digər regionlarda da müşahidə edilib, özü də daha iri həcmdə. Məsələn, Şimali Amerikada yaşayan milyarderlərin var-dövləti 8%, Asiyadakı "üst təbəqə"ninki 19,6%, Yaxın Şərqin varlılarınkı isə 9% azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi