Dünya Bankı: Vergilər Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə fəaliyyət göstərməlidir

Dünya Bankı: Vergilər Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə fəaliyyət göstərməlidir Bakı. 18 fevral. REPORT.AZ/ “2015-ci il Azərbaycanda neftdən asılı iqtisadiyyatdan dönüş nöqtəsi oldu.
Biznes
18 Fevral , 2019 12:17
Dünya Bankı: Vergilər Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə fəaliyyət göstərməlidir
0 : 00
0 : 00

Bakı. 18 fevral. REPORT.AZ/ “2015-ci il Azərbaycanda neftdən asılı iqtisadiyyatdan dönüş nöqtəsi oldu".

"Report" xəbər verir ki, bunu Dünya Bankının ölkə meneceri Navid Həsən Naqvi Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" adlı forumda çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkədə iqtisadi artımın dinamikasını yüksəltmək üçün Vergilər Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə fəaliyyət göstərməlidir: “Mən Vergilər Nazirliyinin işini izləyirəm, onların şəffaflıqla bağlı qarşılaşdığı çağırışları başa düşürəm. Hesab edirəm ki, Vergilər Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə qarşılıqlı etimad şəraitində bu işləri davam etdirməlidir”.

Dünya Bankı rəsmisi onu da bildirib ki, Azərbaycanda vergilərin ümumi daxili məhsula (ÜDM) nisbətini artırmaq üçün imkanlar böyükdür: "Ötən il vergilər ÜDM-in 14%-ni təşkil edib. Azərbaycan hökuməti ilə bu sahədə əməkdaşlığı davam etdirəcəyik”. 

Son xəbərlər

Orphus sistemi