Yuxarı
    Bağlamaq

    Dünya Bankı: Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün olduqca gözəl bir fürsətdir

    L.Leşçenko Dünya Bankının Azərbaycanla birgə həyata keçirdiyi Azərpoçt MMC-nin rebrendinqinə dair layihəni yüksək qiymətləndirib

    Bakı. 17 mart. REPORT.AZ/ "Bütün dünyada neftin qiyməti düşüb və bu proses davam edir. Biz inanırıq ki, bu, iqtisadiyyatın şaxələndirilməsi baxımından Azərbaycan üçün olduqca əlverişli və gözəl bir fürsətdir, iqtisadiyyatın modelinin dəyişməsi üçün olduqca yaxşı imkandır. Dünya Bankı artıq uzun illərdir Azərbaycanla bu istiqamətdə danışıqlar aparır". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində çıxışı zamanı Dünya Bankının (DB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko bildirib.

    L.Leşçenko hesab edir ki, hazırda dünyada neftin qiymətinin düşməsi Azərbaycan kimi ölkələr üçün biznes mühitinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin artırılmasına kömək edəcək: "Hazırkı şəraitdə qeyri-neft sektorunun inkişafı üçün informasiya texnologiyaları sektoru hərəkətverici sahədir. Bundan başqa, kənd yerlərində informasiya texnologiyalarının inkişafı, əhalinin genişzolaqlı internetlə təmin olunması, mobil xidmətlərə çıxışını genişləndirmək üçün çox yaxşı fürsət olduğunu düşünürük".

    L.Leşçenko ölkədə yoxsulluğun azaldılması, kənd yerlərində yaşayan insanların maliyyə vəsaitlərindən istifadəsinin asanlaşmasına kömək edəcək layihəni - DB-nin Azərbaycanla birgə həyata keçirdiyi "Azərpoçt" MMC-nin rebrendinqinə dair layihəni yüksək qiymətləndirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi