Dövlət Xidmətinin rəisi: "İstehlakçı hüquqlarının qorunması əsas prioritetlərindəndir"

Dövlət Xidmətinin rəisi: "İstehlakçı hüquqlarının qorunması əsas prioritetlərindəndir" “İstehlakçı hüquqlarının müdafiəsi sahəsində hüquqi tənzimləmə: reallıqlar, perspektivlər” mövzusunda tədbir keçirilib
Biznes
18 Sentyabr , 2015 20:07
Dövlət Xidmətinin rəisi: İstehlakçı hüquqlarının qorunması əsas prioritetlərindəndir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun qəbulunun 20 illiyi ilə bağlı "dəyirmi masa" keçirilib.

“Report” nazirliyin məlumatına əsasən bildirir ki, “İstehlakçı hüquqlarının müdafiəsi sahəsində hüquqi tənzimləmə: reallıqlar, perspektivlər” mövzusuna həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

İstehlakçı hüquqlarının qorunmasının ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayan Dövlət Xidmətinin rəisi Zahid İsayev həyata keçirilən tədbirlər nəticəsində ölkədə istehlakçı hüquqlarının müdafiəsinin daha da yaxşılaşdırıldığını və bu istiqamətdə tədbirlərin davam etdiyini qeyd edib.

Bildirilib ki, Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin iştirakı ilə 2015-ci ildə Bakıda və regionlarda 8 konfrans, ali və orta ixtisas təhsil müəssisələrində 5 seminar keçirilib, sahibkarlara və istehlakçılara 24 adda 60mindən yuxarı buklet və yaddaş kitabçaları paylanıb.

Tədbirdə, həmçinin aidiyyəti dövlət orqanlarının, yerli və beynəlxalq təşkilatların nümayəndələri istehlakçı hüquqlarının qorunması sahəsində mövcud vəziyyət, bu sahədə qanunvericilik, həyata keçirilən maarifləndirmə tədbirləri mövzularında çıxış edib, istehlakçı hüquqlarının qorunması sahəsində fəaliyyətin səmərəliliyinin artırılması üçün müxtəlif təkliflər səsləndirib, mövzu ətrafında fikir mübadiləsi aparıblar. 

Son xəbərlər

Orphus sistemi