Dövlət Xidməti: Bir çox məhsulların qiymətində bayramqabağı endirim müşahidə olunur

Dövlət Xidməti: Bir çox məhsulların qiymətində bayramqabağı endirim müşahidə olunur Araz Əliyev: "Dövlətin təşkil etdiyi yarmakalar bazarda qiymətlərin düşməsinə təsir göstərir"
Biznes
15 Mart , 2016 12:04
Dövlət Xidməti: Bir çox məhsulların qiymətində bayramqabağı endirim müşahidə olunur

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanda bir çoxərzaq məhsullarının qiymətində bayramqabağı endirimlər müşahidə olunur. "Report"un məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinin sədr müavini Araz Əliyev bildirib.

Onun sözlərinə görə, bu, təqdirə layiq haldır ki, sahibkarlar bayramqabağı müəyyən endirimlərin edilməsinə çalışırlar: “Lakin bir halı da qeyd etmək lazımdır ki, bayramqabağı təklif və tələb çox olduğu üçün bazarın tənzimlənməsi nəticəsində ola bilər ki, bəzi məhsullarda müəyyən artım olsun. Bu məsələni bazar tənzimləyir. Ancaq bazarda hər hansı məhsulun baha olması və ya süni qiymət artımı ilə bağlı hər hansı halla bağlı Dövlət Xidmətinə müraciət daxil olmayıb”.

A.Əliyev əlavə edib ki, dövlət orqanlarının xətti ilə təşkil olunan yarmakalar alternativ xidmət göstərməsi və bazarda qiymətlərin düşməsinə təsir göstərir.

Son xəbərlər

Orphus sistemi