Dövlət Statistika Komitəsinin sədri Koreya səfiri ilə görüşüb

Dövlət Statistika Komitəsinin sədri Koreya səfiri ilə görüşüb Komitə sədri: "Azərbaycan Koreyanı iqtisadi əməkdaşlıq baxımından prioritet ölkə kimi qiymətləndirir"
Biznes
19 Aprel , 2017 17:13
Dövlət Statistika Komitəsinin sədri Koreya səfiri ilə görüşüb

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-gyu ilə görüşüb.

Komitədən "Report"a bildirilib ki, T.Budaqov Azərbaycanla Koreya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

O qeyd edib ki, son 10 ildə iki ölkə arasında əlaqələr intensiv xarakter daşıyır: "Azərbaycan hökuməti Koreyanı iqtisadi əməkdaşlıq baxımından prioritet ölkə kimi qiymətləndirir. Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlıq, xüsusilə infrastruktur, energetika, inşaat, nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit, alternativ enerji kimi sahələrdə daha aktivdir. Siyasi və iqtisadi sahələrlə paralel olaraq mədəni, elmi-texniki, humanitar əməkdaşlıq genişləndirilir".

K.Çanq-gyu səmimi görüşə görə minnətdarlığını bildirib. Səfir iki ölkənin statistika qurumları arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Azərbaycan-Koreya münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi