Dövlət Statistika Komitəsinin 6 əməkdaşı işində yol verdiyi nöqsana görə cəzalandırılıb

Dövlət Statistika Komitəsinin 6 əməkdaşı işində yol verdiyi nöqsana görə cəzalandırılıb Həmin şəxslər Komitə sədrinin əmrləri ilə cəzalandırılıb
Biznes
29 Dekabr , 2016 17:55
Dövlət Statistika Komitəsinin 6 əməkdaşı işində yol verdiyi nöqsana görə cəzalandırılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Hesabat və icra intizamında yol verdikləri nöqsanlara və icra intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiklərinə görə Şəki şəhər Statistika İdarəsinin rəisi Lütfəli Əliyevə, Bərdə rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədova, Siyəzən rayon Statistika İdarəsinin rəisi Bəhram Sultanova töhmət intizam tənbeh tədbiri tətbiq edilib. “Report” xəbər verir ki, həmin şəxslər Komitə sədrinin müvafiq əmrləri ilə cəzalandırılıb.

Məlumatda deyilir ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun 5-ci maddəsinin tələblərini yerinə yetirmədiklərinə görə isə Şəki şəhər Statistika İdarəsinin baş mühasibi Xuraman Mustafayevaya, Bərdə rayon Statistika İdarəsinin baş mühasibi Fərhad Qasımova, Göygöl rayon Statistika İdarəsinin baş mühasibi Kimya Abbasovaya da eyni cəzalar tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi