Bakı. 7 dekabr. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu ilin dekabr ayı üçün malların (dəftərxana və təsərrüfat mallarının, azqiymətli mal-materialların, azqiymətli avadanlığın alınması və mətbəə işlərinin görülməsi) satın alınması ilə bağlı kotirovka sorğusu keçirir.
“Report” xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən iddiaçılar təkliflərini dekabrın 9-da saat 16:00-dək komitəyə (Bakı şəhəri, Füzuli küçəsi, 65) təqdim etməlidirlər.