Bakı. 27 iyul. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunmuş 120-yə qədər mütəxəssis üçün təlim kursları keçirilib. Bu barədə "Report"a Nazirlikdən bildirilib.
Məlumata görə, təlim kurslarında dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə təlimlər davam etdiriləcək.