"Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik edilir

"Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik edilir Podratçının şikayət vermək hüququnu məhdudlaşdıran müddəa ləğv edilir
Biznes
31 Mart , 2017 13:41
Dövlət satınalmaları haqqında qanuna dəyişiklik edilir

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanda "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik ediləcək. Dəyişikliklə satınalma metodunun seçilməsi satınalan təşkilatın qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) şikayət obyekti ola biləcək.

"Report" bu barədə "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə istinadən xəbər verir.

Qanun layihəsi sözügedən qanunda satınalma metodunun seçilməsi müddəasının şikayət vermək hüququnu məhdudlaşdırdığı üçün ləğv edilməsi məqsədilə hazırlanıb. Qeyd edək ki, hazırda satınalma metodunun seçilməsi şikayət obyekti ola bilməz.

Son xəbərlər

Orphus sistemi