Yuxarı
    Bağlamaq

    Dövlət Miqrasiya Xidməti əməkdaşlarına xüsusi geyim dəstlərinin hazırlanması üçün tender keçirir

    İddiaçılar tenderlərdə iştirak etmək üçün tələb olunan sənədləri gələn il fevralın 8-dək təqdim etməlidirlər

    Bakı. 31 dekabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) mətbəə mallarının və DMX əməkdaşlarına xüsusi geyim dəstlərinin hazırlanmasının satın alınması üçün açıq tenderlər elan edib.

    “Report”un xəbərinə görə, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. 

    Tenderdə iştirak etmək istəyənlər hər iki tender üzrə 350 manat iştirak haqqı ödəməlidirlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

    İddiaçılar tenderlərdə iştirak etmək üçün tələb olunan sənədləri gələn il fevralın 8-i saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə fevralın 17-i saat 10:00-dək Dövlət Miqrasiya Xidmətinə (Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, binəqədi şosesi 202) təqdim etməlidirlər.

    Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaq. Tender təkliflərində sərfəli qiymət və yüksək keyfiyyətlə qiymətləndirilən meyarlara üstünlük veriləcək.

    İddiaçıların təklifləri fevralın 20-i saat 15:00-da qeyd edilən ünvanda açılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi