​Dövlət Gömrük Komitəsinin sədri Qaxda vətəndaşlarla görüşəcək

​Dövlət Gömrük Komitəsinin sədri Qaxda vətəndaşlarla görüşəcək Qəbulda Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin müraciətləri dinləniləcək
Biznes
18 Sentyabr , 2015 15:30
​Dövlət Gömrük Komitəsinin sədri Qaxda vətəndaşlarla görüşəcək

Bakı. 18 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev sentyabrın 23-də saat 10:00-da Qax şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-dan “Report”a bildirilib ki, qəbulda Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar sentyabrın 22-i saat 10:00-dək “192” Çağrı Mərkəzi, DGK-nin Balakən Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi