Dövlət Gömrük Komitəsinin sədri İsrail Dövlətinin səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri İsrail Dövlətinin səfiri ilə görüşüb
Biznes
22 Aprel , 2019 17:54
Dövlət Gömrük Komitəsinin sədri İsrail Dövlətinin səfiri ilə görüşüb

Aprelin 22-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Qonağı salamlayan S.Mehdiyev Azərbaycanla İsrail arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, bu əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

DGK sədri iki ölkə arasında əməkdaşlığın genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində aparılan modernləşdirmə layihələri barədə də məlumat verən DGK sədri vurğulayıb ki, tətbiq edilən yeniliklər ölkənin ixrac potensialını inkişaf etdirmək, gömrük prosedurlarını sadələşdirmək, şəffaflığı təmin etməklə yanaşı, beynəlxalq ticarətin də asan və sürətlə həyata keçirilməsinə münbit şərait yaradıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib, İsrailin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

İsrail ilə Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə nəzər salan səfir iki ölkənin uyğun qurumlarının davamlı inkişaf edən qarşılıqlı əməkdaşlığından razılıqla söhbət açıb, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi