Yuxarı
    Bağlamaq

    Dövlət Gömrük Komitəsinin sədri GUAM-ın baş katibi ilə görüşüb

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb© Customs.gov.az

    Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Bakıda səfərdə olan Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev ilə görüşüb. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

    A.Əliyev Azərbaycanda gömrük sahəsində aparılan son islahatlar barədə məlumat verib və əməkdaşlıq münasibətlərinə toxunaraq bildirib ki, Azərbaycan GUAM üzvü olan ölkələrlə bütün sahələrdə, o cümlədən gömrük sahəsində sıx əməkdaşlıqda maraqlıdır.

    Komitə sədri indiyədək Bakı şəhərində GUAM çərçivəsində bir çox tədbirlərin keçirildiyini, həmçinin təşkilatın Ticarət və nəqletməyə yardım Layihəsinin gömrük və sərhəd sahəsində bir sıra planların gerçəkləşdirilməsində, onların fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsində region üçün etibarlı platforma kimi çıxış etdiyini vurğulayıb.

    A.Əfəndiyev isə Ticarət və nəqletməyə yardım Layihəsinin üzv ölkələr qarşısında mühüm vəzifələr qoyduğunu söyləyən baş katib vurğulayıb ki, sözügedən layihə üzrə məsələlərin həlli müvafiq orqanlar arasında əlaqələri möhkəmləndirib, bu əlaqələr istər regional, istərsə də beynəlxalq miqyasda tərəqqiyə və təhlükəsizliyə töhfəsini əsirgəməyib.

    Görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin perspektiv inkişafı müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi