Yuxarı
    Bağlamaq

    Dövlət Gömrük Komitəsində ADB-nin nümayəndə heyəti ilə görüş keçirilib

    Görüşdə regional tranzit ticarətinin inkişafı üzrə texniki məsələlər müzakirə edilib

    Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Asiya İnkişaf Bankının (ADB) nümayəndə heyəti ilə görüş keçirilib. Komitədən “Report”a verilən məlumata görə, görüşdə ADB-nin Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində regional tranzit ticarətinin inkişafı üzrə texniki məsələlər müzakirə edilib.

    DGK-nın Fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları Baş İdarəsinin rəisi İqbal Babayev təmsil etdiyi qurumun son illər həyata keçirdiyi layihələr barədə məlumat verib, Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar hesabına gömrük işinin səmərəli təşkili sahəsində mühüm addımlar atıldığını vurğulayıb.

    Nümayəndə heyəti Azərbaycan, Gürcüstan, Ukrayna, Moldava, Özbəkistan və İran arasında ilkin məlumat mübadiləsi, gömrük nəzarətinin nəticələri üzrə məlumat mübadiləsi və elektron sənədlərin tanınması barədə aparılan danışıqlar və razılaşmalar haqqında da məlumatlandırılıb.

    Nümayəndə heyətinin üzvləri CAREC ölkələri üzrə tranzit dəhlizinin inkişaf etdirilməsi, ölkələr arasında məlumat mübadiləsinin təşkili və digər ölkələrdə həyata keçirilən layihələr barədə məlumat verərək Azərbaycan gömrük orqanları ilə ADB arasındakı qarşılıqlı əlaqələrin inkişafının ümumi işə fayda verəcəyini bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi