Dövlət Gömrük Komitəsi ötən ay büdcəyə 217 mln. manat vəsait köçürüb

Dövlət Gömrük Komitəsi ötən ay büdcəyə 217 mln. manat vəsait köçürüb Bunun 69%-i əlavə dəyər vergisinin payına düşüb
Biznes
6 İyun , 2017 15:41
Dövlət Gömrük Komitəsi ötən ay büdcəyə 217 mln. manat vəsait köçürüb
Report.az

Bakı. 6 iyun.REPORT.AZ/ Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 216,81 mln. manat vergi və rüsum daxil olub. 

"Report" DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin may ayı ilə müqayisədə 10,537 mln. manat və yaxud 5,1% çoxdur.

Aylıq büdcə daxilolmalarında gömrük rüsumlarının payı 8,46 mln. manat və yaxud 17,1% artaraq 57,811 mln. manat, əlavə dəyər vergisinin payı 21,537 mln. manat və yaxud 16,8% artaraq 149,911 mln. manat, aksiz vergisinin payı 10,007 mln. manat və yaxud 2,6 dəfə azalaraq 6,248 mln. manat, yol vergisinin payı isə 9,453 mln. manat və yaxud 4,3 dəfə azalaraq 2,839 mln. manat olub. 

Son xəbərlər

Orphus sistemi