Dövlət Gömrük Komitəsi: 450 iştirakçı “Yaşıl Dəhliz”dən istifadə edir

Dövlət Gömrük Komitəsi: 450 iştirakçı “Yaşıl Dəhliz”dən istifadə edir “Azərbaycanda “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadə etmək üçün 600-dən çox xarici fəaliyyət iştirakçısı Dövlət Gömrük Komitəsinə müraciət edib. Bunlardan 450-nə həmin hüquq verilib”.
Biznes
19 Sentyabr , 2019 13:12
Dövlət Gömrük Komitəsi: 450 iştirakçı “Yaşıl Dəhliz”dən istifadə edir
Dövlət Gömrük Komitəsi / Report

“Azərbaycanda “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadə etmək üçün 600-dən çox xarici fəaliyyət iştirakçısı Dövlət Gömrük Komitəsinə müraciət edib. Bunlardan 450-nə həmin hüquq verilib”.

"Report" xəbər verir ki, bunu Komitənin sədr müavini İsmayıl Hüseynov deyib.

O bildirib ki, bu sistem biznesdə qanunla könüllü riayət etmək mədəniyyəti gətirib: “Yaşıl dəhliz”dən istifadə hüququ əldə etmiş şəxslər heç bir maneə olmadan öz mallarını anbarlara daşıyırlar və burada bizim iştirakımız 0-a endirilib. Sistemin iştirakçılarının bu ilin ilk 8 ayında ümumi idxalda payı 22,45%, ümumi ixracda payı isə 30%-ə çatıb".

Son xəbərlər

Orphus sistemi