Donald Tramp: "İmpiçment ABŞ iqtisadiyyatı üçün acı fəsadlara gətirib çıxaracaq"

Donald Tramp: "İmpiçment ABŞ iqtisadiyyatı üçün acı fəsadlara gətirib çıxaracaq" Bakı. 23 avqust. REPORT.AZ/ ABŞ prezindentinə impiçment elan olunması ölkə iqtisadiyyatı üçün acı fəsadlara gətirib çıxaracaq.
Biznes
23 Avqust , 2018 17:24
Donald Tramp: İmpiçment ABŞ iqtisadiyyatı üçün acı fəsadlara gətirib çıxaracaq

Bakı. 23 avqust. REPORT.AZ/ "ABŞ prezindentinə impiçment elan olunması ölkə iqtisadiyyatı üçün acı fəsadlara gətirib çıxaracaq".

"Report"un xarici KİV-ə istinadən xəbər verir, bunu "Fox News"a müsahibəsində Ağ evin sahibi Donald Tramp bildirib.

"Başa düşə bilmirəm, bu qədər gözəl iş görənə necə impiçment elan etmək olar. Əgər nə vaxtsa mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq", - o deyib.

Qeyd edək ki, bu il noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Demokratlar Partiyası bu seçkilərdə çoxluq qazana və Respublikaçılar Partiyasını təmsil edən Donald Trampa qarşı impiçment elan edilməsi prosesinə başlaya bilər.

Eyni zamanda son vaxtlar Donald Trampın adı qadınlara qarşı seksual xarakterli hərəkətlər etməsi və onlara susmaq müqabilində pul təklif olunması kimi qalmaqallarda hallanır. 

Son xəbərlər

Orphus sistemi