Yuxarı

Dollar milyarderləri ötən il 300 mlrd. dollar itirib

2015-ci ildə dünyada 210 yeni milyarder formalaşıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Dünya üzrə dollar milyarderləri 2015-ci ildə ümumilikdə 300 mlrd. ABŞ dolları itiriblər. "Report"un "Qazeta.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat "The Wall Street Journal"da İsveçrənin "UBS" bankı və ABŞ-ın "PwC" audit şirkətinin hesabatına istinadən dərc olunub. 

Hesabatda bildirilir ki, 2015-ci ildə milyarderlərin məcmu kapitalı 5,1 trln. dollar təşkil edib. Bu da 2014-cü illə müqayisədə 300 mln. dollar və ya 5,6% azdır. Sənəddə həmçinin qeyd olunub ki, milyarderlərin kapitalının azalmasına baxmayaraq, 2015-ci ildə 210 yeni milyarder formalaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi